Prokurorluq Göygöldə 25 yaşlı oğlanın ölümünü araşdırır - Yenilənib

ÖLKƏ
12:27
31 İyul 2024
123

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində olub. Belə ki, 25 yaşlı Mustafayev Elşad qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən hadisə ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır:

“İyulun 30-da Göygöl rayonu, Quşqara kənd sakini Elşad Mustafayevin yaşadığı evdə özünə bıçaqla xəsarətlər yetirməsi nəticəsində növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır”.

Xəbər lenti