Zolağa girməyə görə cərimələr narazılıq yaratdı - Video

ÖLKƏ
11:50
27 İyul 2024
269

Həm avtobus zolağına girənlər, həm də dayanma və durma qaydasını pozan şəxsləri cərimə gözləyir.

Sabah.az Xezerxeber.az-a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə bu vəziyyətdən şikayətçidirlər. Artıq cərimələnənlər də var.

Nəqliyyat ekspertlərinin sözlərinə görə, taksilər də ictimai nəqliyyat hesab edildiyindən bu zolaqlardan istifadə etməlidir.

Məsələ ilə bağlı Dövlət Yol Polis İdarəsindən bildirilib ki, sürücü 1.5 nişanlanma xətti olan ərazidən istifadə edərək sərnişini mindirib düşürə bilər. Qurumun Mətbuat xidməti qeyd edib ki, burada söhbət ümumi istifadə olunan nəqliyyat vasitələrindən gedir. Bunlar da avtobus, trolleybus və tramvaydır.

Qeyd edək ki, avtobus zolağına girən şəxslər 100 manat, dayanma və durmanı pozan şəxslər isə 40 manat cərimə olunur.

Ətraflı videomaterialda:

Xəbər lenti