Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi - Cədvəl

ÖLKƏ
17:50
26 İyul 2024
134

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 29-30 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən Sabah.az-a verilən məlumata görə, bundan əlavə, Bakı-Ağstafa-Bakı qatarlarımız ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Xəbər lenti