Naxçıvanda 34 yaşlı qadını bıçaqlayanın - İşi məhkəmədə

XƏBƏR
12:27
25 İyul 2024
130

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kənd sakini 34 yaşlı Qasımova Sitarə Məmməd qızına xəsarətlər yetirilib.

Naxçıvan MR Prokurorluğundan Sabah.az-a verilən məlumata görə, hadisə bu ilin aprelin 8-də qeydə alınıb.

Belə ki, 41 yaşlı Əliyev Afəddin İsrafil oğlunun qisas niyyəti ilə həmkəndlisi Sitarə Qasımovanın yaşadığı evə gəlib bıçaqla sonuncuya xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Afiyəddin Əliyevə  Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Artıq iş üzrə ibtidai istintaq bitib, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti