Ata uşaqlarını bıçaqlayandan sonra intihar etdi

ÖLKƏ
10:04
23 İyul 2024
78

Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Eyyubov Rza əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Ə. Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.

Ata daha sonra 4 yaşlı oğlu T.Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Ə.Əyyubov hadisə yerində ölüb.

Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı T.Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər onu cərrahi əməliyyat edib. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.

Xəbər lenti