Həbsdən çıxıb ana və oğlunu güllələdi

ÖLKƏ
19:50
11 Aprel 2020
120

Şabranda qətl hadisəsi törədilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, bu yaxınlarda həbsdən buraxılan Nahid Məmmədov 1963-cü il təvəllüdlü İstək adlı qadını və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət adlı şəxsi ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti