700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

ÖLKƏ
14:43
20 İyul 2024
120

İyulun 7-də keçirilmiş qəbul imtahanında 700 bal toplayan Şəbnəm Novruzovanın hansı universiteti seçəcəyi məlum olub.

Sabah.az xəbər verir ki, bu barədə o, Modern.az-a danışıb. Şəbnəm Novruzova imtahanın onun üçün əla keçdiyini bildirib:

“700 bal toplayacağımı gözləyirdim. Cavablar açıqlananda isə sadəcə qürur hissi keçirdim. Təhsilimi Azərbaycan Diplomatik Akademiyasında Maliyyə ixtisası üzrə davam etdirmək istəyirəm. Gələcəkdə isə magistr təhsilimi xaricdə almağı düşünürəm”.

Qeyd edək ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal yığıb. Həmin abituriyent buraxılış imtahanında 300 bal toplayıb.

Xatırladaq ki, o, qəbul imtahanının I cəhdində 393 (ümumi olaraq 693) bal toplamışdı. Abituriyent daha sonra qəbul imtahanının II cəhdində iştirak edərək 400 bal, 2 imtahanın nəticəsinə əsasən isə 700 bal yığıb.

Xəbər lenti