Bakıda hotelin televizorları oğurlandı
14:32
20 İyul 2024
365Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, araşdırma nəticəsində oteldən 13 ədəd televizor və 3 mobil telefonun oğurlandığı məlum olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Daha çox