Bu ərazidə qaz olmayacaq

XƏBƏR
09:50
19 İyul 2024
88

Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Sabah.az-a “Azəriqaz” İB-dən bildirilib.

“Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 19.07.2024-cü il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - məlumatda qeyd olunub.

Xəbər lenti