YAP tərəfindən namizədliyi yenidən irəli sürülənlər - Siyahı+Yenilənib

ÖLKƏ
13:01
17 İyul 2024
167

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tam siyahının bu gün ərzində açıqlanacağı gözlənilsə də, artıq bəzi deputatların yenidən YAP-ın siyahısında yer aldığı bəlli olub.

Belə ki, YAP 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən İmamverdi İsmayılovun namizədliyini irəli sürüb.

Bundan başqa, Cavanşir Paşazadənin 76 saylı Lənkəran-Masallı, Məşhur Məmmədovun isə 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyi təklif edilib.

***

Digər məlumata görə, 6-cı çağırış deputatlardan Tahir Mirkişili, Hicran Hüseynova, Eldar İbrahimov, Ağalar Vəliyevin də namizədliyi irəli sürülüb.

***

VI çağırış parlamentinin deputatı Məlahət İbrahimqızı 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizəd olub.

***

VI çağırış parlamentinin deputatı, tanınmış həkim Rəşad Mahmudovun namizədliyi 77 saylı Astara seçki dairəsindən irəli sürülüb.

***

VI çağırış Milli Məclisinin Sədrinin 1-ci müavini Əli Hüseynli də namizədlər siyahısındadır.

***

VI çağırış Milli Məclisinin Sədri Sahibə Qafarova da namizədlər siyahısındadır.

***

Əməkdar jurnalist Vüqar Rəhimzadənin də adı namizədlər siyahısına əlavə edilib.

Xəbər lenti