Dünyanın ən iri şəhərlərində koronavirus statistikası necədir?

XƏBƏR
17:57
11 Aprel 2020
120

Dünyaya yayılan koronovirusun əhatə dairəsi getdikcə böyüyür. Hər gün müxtəlif ölkələrin koronovirus üzrə statistikaları haqqında rəsmi məlumatlar yayımlanır. Bəs şəhərlər üzrə pandemiya ilə bağlı vəziyyət necədir?

Sabah.az bəzi şəhərlərin COVID-19 statistikasını təqdim edir.

Paris

2 milyon 148 min əhalisi olan bu şəhərdə ən son qeydə alınan koronavirusa yoluxma faktı 656 nəfər, virusdan ölənlərin sayı isə 180 nəfərdir.

Nyu-York

8 milyon 623 min əhalisi olan Nyu-Yorkda 87 min 028 yoluxma hadisəsi qeydə alınıb. Ölənlərin sayı 5 150 nəfərdir.

Vaşinqton

7 milyon 536 min əhalisi olan şəhərin 1 523 sakini koronavirusa yoluxub, virusdan ölənlərin sayı 32 nəfərdir.

London

Son qeydə alınan statistikaya əsasən, 8 milyon 982 min əhalisi olan Londonda 12 min 636 yoluxma faktı aşkarlanıb, həyatını itirənlərin sayı 129 nəfərdir.

Madrid

6 milyon 642 min əhalisi olan şəhərdə indiyədək 44 min 783 yoluxma hadisəsi müəyyən edilib, ölənlərin sayı isə 5 972 nəfədir.

Berlin

3 milyon 769 min əhalisi olan şəhərin 4 349 sakinində COVİD-19 aşkarlanıb. Qeydə alınan ölüm sayı 42 nəfərdir.

Los-Anceles

4 milyon əhalisi olan şəhərdə bu günə qədər 8 430 yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin alanların sayı 241 nəfərdir.

Moskva

11 milyon 92 min əhalisi olan Moskvada ən son açıqlanan rəqəmlərə görə, 7 822 yoluxma faktı qeydə alınıb. 50 nəfər virus səbəbindən həyatını itirib.

Tokio

9 milyon 273 min əhalisi olan şəhərdə bu günə qədər 520 yoluxma faktı qeydə alınıb. Ölüm sayı 36 nəfərdir.

Meksika

8 milyon 855 min əhalisi olan Meksikadan yayımlanan son məlumatlara görə, 1 040 nəfər koronavirusa yoluxub, virusdan ölənlərin sayı isə 46 nəfərdir.

Xəbər lenti