DİN: “Həmin videogörüntülərdə eşidilən silah səsləri montaj edilib” - Video

GÜNDƏM
17:34
11 Aprel 2020
105

“Youtube” sosial şəbəkəsində “Ağcabədinin Avşar kəndində xalq ayaqlandı” başlığı ilə yayılmış video görüntülər həqiqəti əks etdirmir, tamamilə uydurmadır və polis əməkdaşları ilə kənd sakinləri arasında qarşıdurma olduğu barədə illuziya yaratmaq məqsədi daşıyır. Həmin videogörüntülərdə eşidilən silah səsləri isə montaj edilərək videogörüntülərə əlavə edilib.

Sabah.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, aprelin 10-da rayonun Avşar kənd sakini olan bir qrup şəxsin xüsusi karantin rejimi qaydalarını pozaraq kənd ərazisində toplanmaları barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə 16 nəfər saxlanılaraq RPŞ-yə gətirilmişdir. Onlardan 7 nəfəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə həbs, digər 9 nəfərə isə xəbərdarlıq edilmişdir. Hazırda Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi və ictimai asayiş tam nəzarətdədir.

Xəbər lenti