Vahid Əhmədovun oğlunun yerinə o təyin olundu

XƏBƏR
15:11
11 İyul 2024
105

Bir neçə gün əvvəl vəzifəsindən azad edilən Qaradağ rayon prokuroru Zəfər Əhmədovun yerinə təyinat olub.

Sabah.az xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, vəzifədən azad edilən Z.Əhmədov VI çağırış parlamentinin deputatı Vahid Əhmədovun oğludur.

Xəbər lenti