Samuxda bıçaqlanma - Saxlanılan var

XƏBƏR
13:15
11 İyul 2024
72

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, rayon sakini, əvvəllər məhkum olunmuş, 2000-ci il təvəllüdlü Taleh Məhərrəmov xuliqanlıq zəminində Gəncə şəhər sakini E.İbrahimova bıçaq xəsarət yetirib.

T.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, 24 yaşlı T.Məhərrəmov II Qarabağ müharibəsi iştirakçısı olub.

Xəbər lenti