Qlıboçko “Dostluq” ordeni ilə təltif edildi

XƏBƏR
14:01
8 İyul 2024
177

Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.

Sabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltifləndirilib.

Qeyd edək ki, Pyotr Vitalyeviç Qlıboçko Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorudur.

Xəbər lenti