Ölkədən qaçmaq istəyirdi - Polis aeroportda saxladı

XƏBƏR
12:09
8 İyul 2024
129

Axtarışda olan şəxs ölkədən qaçmaq istəyərkən hava limanında polislər tərəfindən saxlanılıb.

Sabah.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərlə əlaqəli cinayətə görə axtarışda olan 1987-ci il təvəllüdlü Fuad Əsgərov Beynəlxalq Hava Limanı ərazisində xarici ölkələrdən birinə uçmaq istəyən zaman müəyyən edilərək saxlanılıb.

O, istintaqa təhvil verilib. Araşdırmalar aparılır.

***

Polis əməkdaşları hava limanında daha bir şəxsi saxlayıb. Belə ki, İsveçrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə beynəlxalq axtarışda olan Moldova vətəndaşı 1987-ci il təvəllüdlü Postolachi Petru Bakı şəhərində hava limanı ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılması üçün həmin şəxs də aidiyyatı üzrə təhvil verilib.

Xəbər lenti