Dalaşan yeniyetmə qızlar və valideynləri polisə dəvət edildi

ÖLKƏ
13:19
5 İyul 2024
83

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.

DİN Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, görüntüdə əks olunan azyaşlıların şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.

Xəbər lenti