Filarmoniyada əməliyyat keçirildi

ÖLKƏ
17:50
4 İyul 2024
136

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib.

Sabah.az xəbər verir ki, əməliyyat qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilib.

Bir sıra vəzifəli şəxslərin istintaqa cəlb edildiyi bildirilir.

Əməliyyat barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Filarmoniyanın direktoru Xalq artisti Murad Adıgözəlzadədir.

Xəbər lenti