Bakıda baldız yeznəsini bıçaqladı

HADİSƏ
09:52
4 İyul 2024
176

Bakının Xəzər rayonunda ailə məişət zəmnində dava zamanı qadın kişini bıçaqlayıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Səlimov Arif Aqif oğlu yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti