Bakıda 4 azyaşlı küçəyə atılıb

XƏBƏR
15:31
3 İyul 2024
191

Bakıda 4 azyaşlı uşaq küçəyə atılıb. Uşaqların anası tərəfindən tərk edildiyi iddia edilir.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, uşaqlar 3 gün öncə 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aşkarlanıb:

“Tibbi müayinə məqsədi ilə uşaqlar Qarayev adına xəstəxanaya aparılıb. Daha sonra Sosial Xidmətlər Agentliyi tərəfindən sığınacağa yerləşdirilib. Onların üçü təxminən 14, 5, 4 yaşlarındadır, ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız bildirir ki, anası sevgilisi ilə onları parkda qoyub və gedirəm kirayə ev tapmağa deyib. O gedən gedib...”

K.Ağazənin sözlərinə görə, böyük qız əvvəllər Mingəçevirdə yaşadıqlarını, anasının adının Günay, atasının adının Asim, nənəsinin adının Nəcibə, özünün isə adının Günəş olduğunu bildirib:

“Uşaqların heç bir sənədinin olmadığı, daha əvvəl Xırdalanda yaşadıqları ehtimal olunur”.

Xəbər lenti