Bakıda ata və oğul davada bıçaqlandı

XƏBƏR
09:30
3 İyul 2024
75

Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Cahangirov Amil Hikmət oğlu və 1970-ci il təvəllüdlü Cahangirov Hikmət Əlihüseyn oğlu dava zamanı bıçaqlanıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub.

Əldə edilən məlumata görə, onları qonşuluqda yaşayan şəxs dava zamanı bıçaqlayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti