İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə

XƏBƏR
09:17
2 İyul 2024
80

İyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.

Bu barədə Sabah.az-a Təhsil İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Məlumat üçün bildirək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub.

İmtahanlar iyulun 10-dək davam edəcək.

Xəbər lenti