Yaxınları onu axtarır

XƏBƏR
14:06
1 İyul 2024
90

İyunun 29-da Xızı rayonunun Sitalçay kəndində yaşayan 18 yaşlı Günəş Allahverdiyeva yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, evdən çıxarkən hicablı qızın əynində göy rəngli uzun paltar və qara rəngli əl çantası olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Xızı rayon Polis Şöbəsinə (02331) 5-01-31, (051) 404-77-00 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti