Magistralda maşın aşdı, xanım sürücü xəsarət aldı

HADİSƏ
17:54
29 İyun 2024
123

Cəlilabad rayonunda yol qəzası olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 95-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində baş  verib.

Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarına  aşırıb.

Qəza nəticəsində sürücü, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Yusifova Aygün İlham qızı boyun və ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə gələn Təcili Yardım briqadası tərəfindən yaralı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti