Dünən nə qədər adam cərimələnib?
Dövlət Yol Polisi İdarəsi dünən ölkə ərazisində karantin qaydalarını pozanlarla bağlı məlumatı açıqlayıb.
Sabah.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 10 aprel saat 00:00-dan 11 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 909 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13 min 227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Daha çox