“Liverpul” əfsanəsində də COVİD-19 aşkarlandı

İDMAN
01:37
11 Aprel 2020
43

İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqliş koronavirusa (COVİD-19) yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki, infeksiya müalicəsi üçün xəstəxanaya aparılan 69 yaşlı veteran oyunçunun koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, Dalqliş futbolçu karyerası ərzində 1977-1990-cı illərdə "Liverpul"da oynayıb. O, 1985-1991 və 2011-2012-ci illərdə isə klubda baş məşqçi vəzifəsində çalışıb.

Xəbər lenti