Bakıda evdən qadın meyiti tapıldı

XƏBƏR
00:06
11 Aprel 2020
98

Bakıda mənzildə qadın meyiti aşkar edilib.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Əhmədova Bahar Rəcəbalı qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti