Başına ağac düşən 21 yaşlı Rəvan vəfat etdi

XƏBƏR
12:27
21 İyun 2024
155

Mingəçevirdə güclü küləyin ağacları, binaların dam örtüyünü aşırması nəticəsində xəsarət alan 6 nəfərdən biri vəfat edib.

Sabah.az xəbər verir ki, ağır xəsarət alan 2003-cü il təvəllüdlü Rəvan Qasımzadənin həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan digər şəxslərə tibbi yardım göstərilib, onlardan ikisi azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti