38° isti olub - Faktiki hava

XƏBƏR
11:28
20 İyun 2024
120

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

İyunun 19-u axşam yağıntılar tədricən kəsilib, 20-si gecə və səhər hava şəraiti əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Oğuz 11 mm, Şəki 6 mm, Xaltan 3 mm, Qrız 1 mm-dək olub.

Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.

Xəbər lenti