Kürdəmir sakini həyətində güllələndi

XƏBƏR
10:01
20 İyun 2024
85

Kürdəmirdə güllələnmə hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə rayonun Carlı kəndində qeydə alınıb.

Kənd sakini Xalid Abdullayev gecə saat 00:10 radələrində həmkəndlisi Rüstəm Məmmədovun yaşadığı evə gedib.

O, Rüstəmin həyətində tüfəngdən atəş açaraq ona xəsarətlər yetirib.

Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.

Xəbər lenti