İbrahim Nihatı xilas etmək istəyərkən özü də boğulub - Video

XƏBƏR
09:48
20 İyun 2024
149

Dünən Cəlilabad rayonu, Hamarqışlaq kəndində göldə 2 nəfər batıb.

Sabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, su bəndində boğulan gənclərlə bağlı yeni detallar məlum olub.

Məlumata görə, hadisə 2008-ci il təvəllüdlü Nihatın qoyunları sulayarkən bəndə yıxılması nəticəsində baş verib. Onun köməyinə çatan digər kənd sakini 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya baş vurub.

Su üzərində hər iki şəxs çapaladıqdan sonra görünməz olduqda hadisəni uzaqdan izləyən şəxslər yürüyərək suya daxil olublar. Könüllü suya daxil olan sakinlər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarsalar da, İbrahimin axtarışı nəticə verməyib. Hadisə yerinə polis və müvafiq qurumların nümayəndələri çağırılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri az müddətdə İ.Həsənovun meyitini sudan çıxarıblar. Hər iki gəncin meyiti Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Qeyd edək ki, Nihat Aşurov orta məktəbin sonuncu sinif şagirdi imiş. İbrahim Həsənov isə hərbi xidmətlə bağlı xüsusi toplanışdan cəmi bir neçə gün əvvəl qayıdıb.

Xəbər lenti