Minik avtomobili aşdı - 2 ölü, 4 yaralı var

HADİSƏ
23:17
10 Aprel 2020
143

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində qeydə alınıb.

"Kia Cerato" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dünyasını dəyişənlər Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğludur. Xəsarət alan şəxslər isə Zəkiyev İsmayıl Rövşən oğlu, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğludur.

Xəsarət alan şəxslərin müalicəsi Şabran MRX-də davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti