Bakıda mikroavtobusda yanğın olub - Yenilənib

XƏBƏR
15:06
18 İyun 2024
149

Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Excelsior” otelin qarşısıda mirkoavtobusda yanğın baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.

***

Yanğın baş verməsi səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Xəbər lenti