Vilyam Hacıyevin cəzası azaldıldı
İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyevin kassasiya şikayətinə baxılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda qərar elan edilib.
Qərara əsasən V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
Daha çox