Azərbaycanda tərəvəzin ucuzlaşması gözlənilir

İQTİSADİYYAT
21:43
10 Aprel 2020
123

“Azərbaycanda faraş tərəvəzlərin yığım dövrü başlayıb”.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

"Artıq Bərdədə soğan yığımına start verilib. Faraş xiyarın da artıq yığımı gedir. Bir neçə gündən sonra Cəlilabad və Şəmkirdə faraş kartofun yığımı başlanılacaq. Bununla da bazarda tərəvəz ucuzlaşacaq. Onu da deyim ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər aqrar məhsulların ixracında müəyyən çətinliklər yaradır.  İxracatçılar məhsulları daxili bazara yönəldirlər, bunun da müsbət tərəfi var, ölkədə məhsul bolluğu yaradır və qiymət aşağı düşür", - deyə o bildirib.

Xəbər lenti