Rüştü Reçber koronavirusa qalib gəldi

İDMAN
20:50
10 Aprel 2020
121

Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçberin son koronavirus testi neqativ çıxıb.

Sabah.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Işıl Reçber özünün "İnstagram" hesabında yazıb. O, 46 yaşlı veteran qolkiperin tam sağaldığını bildirib.

Xatırladaq ki, Rüştü Reçber martın 29-da koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti