Gəncədən qalxan təyyarə məcburi eniş etdi

XƏBƏR
13:43
10 Fevral 2020
80

"Buta Airways"in J2 9817 nömrəli aviareysində təyyarənin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb.

Sabah.az xəbər verir ki, bu barədə "Buta Airways"dən məlumat verilib.

Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsidir. Reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

Xəbər lenti