Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi

XƏBƏR
17:15
11 İyun 2024
136

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov saxlanılıb.

Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.

Xəbər lenti