Prezident onu rektor təyin etdi

ÖLKƏ
16:34
11 İyun 2024
154

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna rektor təyin olunub.

Sabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Elçin Əli oğlu Məmmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna rektor təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu ilin martında İlham Əliyevin Sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib. Bundan öncə “Vətən uğrunda” medalına layiq görülüb.

Xəbər lenti