Azyaşlı çipsdən zəhərlənib ölüb? - Foto

XƏBƏR
13:40
10 İyun 2024
126

Azərbaycanda azyaşlı uşağın çipsdən zəhərlənərək öldüyü bildirilir.

Sabah.az xəbər verir ki, bu barədə lent.az sosial şəbəkələrə istinadən məlumat yayıb.

İddia olunur ki, hadisə Qobustanda baş verib. Turqut adlı azyaşlı çips yeyərək zəhərlənib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov sorğumuza cavab olaraq bildirdi ki, hazırda baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır:

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

Xəbər lenti