General təqaüdə göndərildi - Yeni təyinat
12:41
10 İyun 2024
131Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, general Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.
Daha çox