Hərbçimiz naməlum şəraitdə itkin düşüb

XƏBƏR
09:21
10 İyun 2024
129

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Bu barədə Sabah.az-a Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Xəbər lenti