Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar

İDMAN
19:44
10 Aprel 2020
69

Bu il martın 12-də Bakıda start götürən, ancaq yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib.

Sabah.az Beynəlxalq Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyini bildirib.

Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək.

Qeyd edək ki, Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 martda final mərhələləri keçirilməli idi.

Xəbər lenti