Qusarda qəza - 7 yaşlı uşaq öldü

XƏBƏR
09:39
7 İyun 2024
88

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda Sabah.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün saat 18:30 radələrində Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi “İSUZU”  markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini Seymur Lətifovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti