Araz Əsgərli vəzifədən azad edildi

XƏBƏR
17:54
5 İyun 2024
385

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli vəzifədən azad edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Bildirilib ki, A.Əsgərli hazırda sərəncamdadır.

Qeyd edək ki, Araz Əsgərli bir müddət Bakı şəhər DYP İdarəsinin mətbuat katibi vəzifəsini də icra edib.

Xəbər lenti