Özünü binadan atdı, başqasının üstünə düşdü - İkisi də öldü

ÖLKƏ
14:29
4 İyun 2024
91

Bakıda intihar hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Orucov Yaftum Yaşar oğlu özünü 16-cı mərtəbədən atıb. Bu zaman o, həyətdə olan 1972-ci il təvəllüdlü Məmiyev Namiq Abı oğlunun üzərinə düşüb.

Onların hər ikisi hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti