Qubada süni göldə batan 12 yaşlı uşağın meyiti tapıldı
09:45
4 İyun 2024
83Ötən gün Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan şəxsin meyiti tapılıb.
Sabah.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Daha çox