Dələduzluqla məşğul olan keçmiş məhkum həbs edildi

XƏBƏR
15:53
3 İyun 2024
65

Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən “Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov polis əməkdaşları tərəfindən tutulub.

Sabah.az xəbər verir ki, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü A.Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla A.Orucov barəsində həbs qərarı qəbul edilib. Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

A.Orucovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Xəbər lenti