17 yaşlı yeniyetmə suda boğuldu

XƏBƏR
17:58
1 İyun 2024
137

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, rayonun Sabirabad kənd sakini 2007-ci il təvəllüdlü Şükürov Mirhəsən Aftandil oğlu kənddə yerləşən su bəndində boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yeniyetmə həmin kənddə nənəsi ilə qalırdı. O, 11-ci sinifində təhsil alırdı.

Xəbər lenti