Novxanı yolunda ağır qəza - Ölənlər var

HADİSƏ
10:31
1 İyun 2024
212

Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, sürətlə hərəkətdə olan “Daewoo Gentra” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə keçib və “Socar”a məxsus “Ural” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü 23 yaşlı Fərid İxtixar oğlu Həşimov və sərnişini 35 yaşlı Emin Cahangir oğlu Xudiyev ağır xəsarətlər alaraq hadisə yerində ölüblər.

Qəza yerinə gələn xilasedicilər onların meyitlərini yararsız hala düşmüş avtomobildən çıxararaq təhvil veriblər.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti